- 17:15
Sabah Bakının Xəzər rayonunun bəzi ərazilərinin qaz təchizatı dayandırılacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus qaz xəttinin birləşmə nöqtəsinin köçürülməsi ilə əlaqədar sentyabrın 2-də saat 09:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsinin və Stansiya Qala yaşayış ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.