- 17:51
Ermənistan müvafiq qanunu qəbul edərək Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirmək ideyasından imtina edir.
E-huquq.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməkdə maraqlıdır.
Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına üzvlük istəyinin ölkənin qanuni hüququ olduğunu, lakin bunun Avrasiya İqtisadi İttifaqından çıxması anlamına gələcəyini söyləyib.