- 1 Sentyabr 22:34
Şamaxı rayonunda 3,9 maqnitudada zəlzələ qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respubika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 03:39-da Pirqulu stansiyasından 23 km cənub-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib.