- 17:53
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Qeyd edək ki, Züleyxa Hacıyeva XX əsrdə Azərbaycanın 10 ən görkəmli idmançılarından biri kimi tanınır. O, idman sahəsində xidmətlərinə görə SSRİ idman ustası, gimnastika üzrə 7 dəfə Azərbaycan çempionu adına layiq görülüb.
Əməkdar artist 1942-1992-ci illərdə Azərbaycan Radiosunda bir çox verilişlərin - “Səhər gimnastikası”, “Poeziya dəqiqələri”, “Axşamınız xeyir” və s. aparıcısı olub.