- 09:48
Bu gün Bakının Binəqədi rayonunun iki qəsəbəsində qaz təchizatı dayandırılacaq.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, aşkar edilmiş qaz sızmalarının ləğv olunması ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun Sulutəpə və Xocasən qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.