Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb


  • 16:26

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə AEM-dən bildirib.

Bildirilib ki, bu yoxlamalardan 48-i Bakı şəhərində, 22-si isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.:

"Yoxlamaların 51-i planlı, 16-sı plandankənar və 3-ü yoxlamadan kənar olub. Aparılmış yoxlamalar nəticəsində 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb. Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib".

Oxşar xəbərlər