- 10:37
İki kollecdə yeni təyinat olub.
E-huquq.az xəbər verir ki, Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA-da “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə magistratura təhsilini davam etdirir. 2025-ci ildən son təyinatadək Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb.
Fatimə Məmmədova Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Bundan əlavə, 2023–2026-cı illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə ikinci bakalavr təhsili alıb. Bir sıra özəl təhsil müəssisələrində, həmçinin Bakı İstanbul Liseyində rus dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olub.