- 12:32
Baş nazir və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının sədri Əli Əsədov Holdinqin İdarə Heyətinin (İH) sədrinin təqdimatına əsasən qurumun Baş icraçı direktoru və İH-nin üzvü Ruslan Əlixanovun vəzifəsindən azad olunması barədə qərar qəbul edib.
E-huquq.az bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.
Məlumata görə, Baş icraçı direktor vəzifəsinin icrası müvəqqəti olaraq onun müavini Dəyanət Sədullayevə həvalə olunub.
Qərardan irəli gələrək Holdinqin İH-nə müvafiq tapşırıqlar verilib.
D.Sədullayev həm də "PAŞA Holdinq" MMC-nin baş direktorunun müavini və Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") prezidentidir.