Məzmuna keç

Leyla Əhmədova ev dustaqlığına buraxıldı –

Leyla Əhmədova barəsində daha əvvəl həbs qətimkan tədbiri seçilib. Həbs qərarı apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.

E-huquq.az xəbər verir ki, bu gün – biraz əvvəl isə L.Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

***

Tanınmış modelyer Leyla Əhmədova həbs edilib.

E-huquq.az xəbər verir ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Mənbə: Qafqazinfo