“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə bağlı bir dəyişikliklər edildi


  • 20:33

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında” 2008-ci il 13 iyun tarixli 136 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” 2017-ci il 14 noyabr tarixli 490 nömrəli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında” 2020-ci il 8 avqust tarixli 286 nömrəli qərarlarında dəyişiklik edilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-kommunal və təmir xidmətinin yerləşdiyi binanın qeyri-yaşayış hissəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-istehsalat bərpa emalatxanasının yerləşdiyi “Təkiyə” memarlıq abidəsi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansına verilən abidələrin, dövlət mülkiyyətinə məxsus qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı”ndan çıxarılıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə” Qərarına edilən düzəlişlə işçilərin sayı 430-dan 300-ə endirilib.

Oxşar xəbərlər