- 14:44
“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib.
E-huquq.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, Maliyyə Nazirliyi səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Ehtiyatları Agentliyinə səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini təmin etmək tapşırılıb.