Dünya Bankının Azərbaycandakı vahid nümayəndəsi vəzifəsinin icrasına başladı


  • 00:55

Dünya Bankı Qrupunun Azərbaycandakı vahid nümayəndəsi Saşa Akira Bakes vəzifəsinin icrasına başlayıb.

E-huquq.az banka istinadən xəbər verir ki, S. Bakes bu vəzifədə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankını (BYİB), Beynəlxalq Maliyyə Korporasiyasını (IFC) və Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyini (MIGA) təmsil edəcək, həmçinin Dünya Bankı Qrupunun Azərbaycandakı fəaliyyətini əlaqələndirəcək.

O, fəaliyyəti çərçivəsində Dünya Bankı Qrupunun Azərbaycan üzrə Tərəfdaşlıq Çərçivəsinə uyğun olaraq dayanıqlı iqtisadi artımın təşviqinə, özəl sektorun inkişafına və yeni iş yerlərinin yaradılmasına, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməyə çıxış imkanlarının genişləndirilməsinə dəstək göstərəcək.

Bundan əlavə, onun fəaliyyət istiqamətlərinə nəqliyyat və rəqəmsal bağlantının inkişafı, enerji keçidinin dəstəklənməsi, eləcə də iqlim dəyişikliklərinə davamlılığın artırılması daxildir.

S. Bakes 2007-ci ildən Dünya Bankı Qrupunda çalışır.

Qeyd edək ki, Dünya Bankı Qrupu Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçmək barədə qərar qəbul edib.

İlkin mərhələdə S. Bakesin yalnız Dünya Bankının Azərbaycandakı ölkə meneceri vəzifəsinə təyin olunacağı nəzərdə tutulurdu.

Oxşar xəbərlər