- 13:34
Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədrinin seçilməsi ilə bağlı konfrans keçirilib.
E-huquq.az xəbər verir ki, konfransa Əməkdar jurnalist Akif Əli sədrlik edib. Səsvermədə İttifaqın 206 üzvü iştirak edib.
Xalq artisti Şəfiqə Məmmədova səs çoxluğu ilə AKİ-nin sədri seçilib. O, göstərilən etimada görə İttifaq üzvlərinə təşəkkürünü bildirib.