İri Şəhərlərin Birləşmiş Su Təchizatı 263 min manatlıq sifariş verdi


  • 16:20

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxsinin Naxçıvan Şəhər Sukanal idarəsinin balansında olan minik avtomobilləri, ekskovator və traktorları işlək vəziyyətdə saxlanılması üçün ehtiyat hissələrinin alınıb quraşdırılmasının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Avto Ttexnika Detaling" MMC olub.

Qalib şirkətə 262.899,28 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər