Məzmuna keç

Dənizkənarı Bulvar İdarəsi 55 minlik tenderinin qalibini açıqladı

Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxsinin təhlükə potensiallı obyektlərin yararlılığının təyin edilməsi, ekspertizası, ağır texnikalara texniki baxışın aparılması və xüsusi təlimlərin keçirilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurulub.

E-huquq.az xəbər verir ki, tenderin qalibi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi Tədqiqat İnstitutu olub.

Qalibə 55.254,68 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə