Azərbaycan nefti bahalaşdı


  • 11:49

"Azeri Light" markalı Azərbaycan nefti dünya birjalarında 120 dollar həddini aşıb.

E-huquq.az qlobal hərracların son nəticələrinə istinadən xəbər verir ki, ölkəmizin xam neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,4% artaraq 120,02 ABŞ dolları təşkil edib.

Qlobal bazarlarda digər etalon markaların da qiymətində artım tendensiyası davam edir. Belə ki, Londonun ICE birjasında keçirilən son ticarət sessiyasının yekunlarına əsasən, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 118,56 ABŞ dolları səviyyəsinə yüksəlib.

Ekspertlər qlobal tədarük zəncirindəki sıxlıqlar fonunda qiymətlərin bir müddət də artım tempini qoruyacağını proqnozlaşdırırlar.

Oxşar xəbərlər