- 15:52
"Avtobusların müxtəlif xidmətləri var. Hamının dərsə çata bilməsini istəyiriksə, bunu ictimai nəqliyyat məsələsi ilə birlikdə nəzərə almalıyıq".
E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, məktəblərin dərs saatlarının dəyişdirilməsi məsələsi daha mürəkkəb görünür: “Müəyyən saatlarda valideynlər uşaqlarını dərsə qoyur. Hazırda bununla bağlı elə bir qərar yoxdur. Lakin monitorinqdən asılı olaraq təhlil olunur və nəticələr ictimaiyyətə açıqlanır”.