Bir sıra ərazilərdə işıq olmayacaq


  • 08:04

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə bu gün Abşeron və Yasamal rayonlarında Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Azərişıq ASC məlumat yayıb.

Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 09:00-dan 11:00-dək Heydər Əliyev prospekti, Nəbi Xəzri, Ruhulla Axundov, Məhəmməd Əmin Rəsulzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yasamal RETSİ-nə daxil olan Rahib Tağıyev, Vasif Əliyev, Nazim Hikmət, Məhəmməd Xiyabani, Çuxursəd küçələrinin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişi müvəqqəti dayandırılacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Oxşar xəbərlər