- 17:31
Azərbaycan Mərkəzi Bankının (AMB) inzibati binanın həyətyanı sahəsində külək təsirinin qiymətləndirilməsi , küləkqırıcı həllərin layihələndirilməsi və işlərin icrasına dair elan etdiyi tender baş tutmayıb.
E-huquq.az xəbər verir ki, tenderin ləğv edilməsinin səbəbi satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır.
Qeyd edək ki, tenderin dəyəri 67.206,90 manatdır.
Şəbnəm Mehdizadə