- 23:20
Azərbaycan hökuməti 2027-2030-cu illərdə orta illik inflyasiyanın azalacağını proqnozlaşdırır.
E-huquq.az Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin sonuna ölkədə orta illik inflyasiya 5,7 % təşkil edəcək.
Proqnozlara görə, 2027-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,3 %-ə qədər enəcək.
Bildirlib ki, 2028-ci ildə orta illik inflyasiyanın 4,8 %, 2029-cu ildə – 4,6 %, 2030-cu ildə isə – 4,3 % səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, 2025-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,6 % təşkil edib.