Azərbaycanda orta aylıq əməkhaqqı 2031-ci ilə qədər 1,5 min manatı ötəcək


  • 22:46

Azərbaycanda orta aylıq əməkhaqqı 2030-cu ildə 1 551,5 manata çatacaq.

Bu barədə e-huquq.az Maliyyə Nazirliyinin hesabatına istinadən xəbər verir.

Proqnozlara əsasən, 2027-cı ildə ölkədə orta aylıq əməkhaqqı 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə 1 466,9 manat təşkil edəcək.

Beləliklə, növbəti 4 ildə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 20,4 % artacaq.

2026-ci il avqustun 1-nə Azərbaycanda orta aylıq nominal əməkhaqqı 1 176,7 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 7,2 % çoxdur.

Oxşar xəbərlər