2027-2030-cu illərdə Azərbaycanda əhalinin gəlirləri 27,5 % artacaq


  • 00:35

2027-cı ildə Azərbaycanda əhalinin nominal gəlirləri 107,5 milyard manat məbləğində proqnozlaşdırılır.

Bu barədə e-huquq.az Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir.

Proqnozlara əsasən, 2028-ci ildə əhalinin gəlirləri 116,5 milyard manata, 2029-cu ildə 126,7 milyard manata, 2030-cu ildə isə 137,1 milyard manata çatacaq.

Beləliklə, 2027-2030-cu illərdə əhalinin gəlirləri 27,5 % artacaq.

2027-ci ildə əhalinin xərcləri 105,1 milyard manat, 2028-ci ildə 113,9 milyard manat, 2029-cu ildə 123,9 milyard manat, 2030-cu ildə isə 134,1 milyard manat təşkil edəcək.

Oxşar xəbərlər