- 00:47
2027-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin büdcəyə 18 milyard 430 milyon manat vəsait köçürəcəyi gözlənilir.
E-huquq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 9 % çoxdur.
Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların 80,6 %-i və yaxud 14 milyard 850 milyon manatı qeyri-neft-qaz sektorunun, 19,4 %-i və yaxud 3 milyard 580 milyon manatı neft-qaz sektorunun payına düşür.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.