Azərbaycanın gömrük orqanlarının büdcə öhdəliyi cüzi artırılır


  • 00:47

2027-ci ildə Dövlət Gömrük Komitəsinin büdcəyə 6 milyard 865 milyon manat vəsait köçürəcəyi gözlənilir.

E-huquq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə cəmi 3 milyon manat (cüzi) çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Oxşar xəbərlər