- 16:58
Milli Məclisdəki çoxluğu, azlığı və heç bir partiyaya mənsub olmayan müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında (MSK) təmsil edən üzvlər dairə seçki komissiyalarının üzvlərinin siyahısını təsdiq edib.
E-huquq.az-ın məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib.
MSK sədri Məzahir Pənahov bildirib ki, dairə seçki komissiyalarının fəaliyyət müddəti 5 ildir, MSK bu gün 125 DSK-nı yenidən formalaşdırmalıdır.
MSK sədri qeyd edib ki, 1125 nəfər DSK üzvünün təyin olunması rəsmiləşəcək: “Siyahı mətbuatda dərc olunacaq. 5 gün müddətində bütün DSK-larda DSK sədri və katibi seçiləcək. Bu proses gecikməməlidir”.