Enerji Məsələlərini Tənzimləmə Agentliyi kompüter ala bilmir


  • 15:59

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin kompüter və s. avadanlıqların satın alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.

E-huquq.az xəbər verir ki, buna səbəb satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasıdır.

Qeyd edək ki, tenderin dəyəri 37.442,85 manatdır.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər