Məzmuna keç

Azərbaycanda son 14 gündə COVİD-19-a yoluxma sayı 50 faiz artıb

Son 14 gündə Azərbaycanda COVİD-19-a yoluxma sayında 50 faiz artım olub.

E-huquq.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, hazırda ən vacib tədbir fiziki məsafənin qorunmasıdır: “Mən COVİD-19-u təhlükəsini dərk edən insanlara müraciət edərək demək istəyirəm ki, bilgilərinizi yalnız özünüz üçün saxlamayın. Bu barədə digər insanlara da məlumat verin”.