“Sərt karantin rejimi yoluxmaların sayını stabil saxlamağa imkan verib ”.
E-huquq.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, karantin rejimi tətbiq olunmasa, yoluxma 2-3 qat artıq olardı: “Tətbiq edilən karantin rejimi ilə yoluxmanın səviyyəsini sabit saxlamağa nail olmuşuq”.
