Bakıda "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirilir


  • 5 İyul 2020 17:42

Polis Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirir.

E-huquq.az-ın məlumatına görə, hazırda polis qaydaları pozan şəxsləri bölməyə aparır.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb. Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Yayılan görüntülərdə xeyli sayda insanın ümumi hovuzdan istifadə etdiyi də görünür. İnsanlar Həmçinin otelin rəsmi instagram səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər.

Oxşar xəbərlər