Məzmuna keç

Bakı polisindən karantin qaydalarının pozulduğu deyilən hotellə bağlı açıqlama

Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” otelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb.

İdarədən e-huquq.az-a verilən məlumatda bildirilir ki, Səbail RPİ əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub. Həmin fotoşəkil 2017-ci ildə çəkilib.