Azərbaycanın xaricdəki bəzi diplomatları koronavirusa yoluxdu


  • 10 İyul 2020 17:42

“Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində də yolxuma halları müşahidə edilib”.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səfirliklərin əməkdaşları arasında da yolxuma halları qeydə alınıb: “Bundan əlavə onların ailə üzvlərindən də yoluxanlar var. Buna baxmayaraq Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri fəaliyyətini davam etdirir”.

Oxşar xəbərlər