Mirzayev&Partners
    AzGranata
    TRY
    USD
    EUR
    RUB
    0,2340
    1,7000
    2,0120
    0,0232
AZ
RU

Müdafiə Nazirliyi: Düşmən Naxçıvan istiqamətində də atəşkəs rejimini kobudcasına pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

Bu barədə e-huquq.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

CoronaVirus