Xarici İşlər Nazirliyində kadr təyinatı oldu
Təhsil nazirinin müşaviri vəzifəsində çalışmış Elnur Məmmədov Xarici İşlər Nazirliyində (XİN) Ümumi katibliyin rəisi vəzifəsinə təyin edilib.
Bu barədə e-huquq.az-a XİN-dən məlumat verilib.
Qeyd edək ki, E.Məmmədov sosial şəbəkədəki səhifəsində Təhsil Nazirliyindəki işindən ayrıldığını, başqa bir dövlət qurumunda çalışacağını bildirmişdi.

