Məzmuna keç

Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb

Kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası artırılıb

Bu gün Milli Məclisin plenar iclasında “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” dəyişiklik müzakirəyə çıxarılıb.

E-huquq.az ONA-ya istinadla xəbər verir ki, hazırda kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçularının pensiyası onların xidmətdən tərxis olunan günə aldıqları pul təminatından hesablanır.

Qanunvericilik təşəbbüsü hüququ subyekti bu təklifi kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin pensiya təminatının yaxşılaşdırılması məqsədi ilə təqdim edib. Layihədə təklif olunub ki, kəşfiyyat və əks-kəşfiyyat subyektlərinin hərbi qulluqçuları sərəncamdan tərxis olunarkən onların pensiyası sərəncama götürüldüyü günə aldıqları pul təminatından hesablansın.

Qanun layihəsi səsverməyə çıxarılıb və qəbul edilib.