Azərbaycanda koronavirusla əlaqədar reanimasiya şöbəsində müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı azalıb. Hazırda reanimasiya şöbəsində müalicə alan xəstələrin sayı 285 nəfərdir. İyulun 28-də isə həmin şöbədə müalicəsini davam etdirənlərin sayı 299 nəfər idi.
Bu barədə e-huquq.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Xəstələrdən 67 nəfər süni tənəffüs cihazına qoşulub. İyulun 28-də isə bu say 73-ə bərabər idi.
Müsbət tendensiya aktiv xəstə sayının da azalmasına səbəb olub. Hazırda ölkəmizdə 6288 aktiv koronavirus xəstəsi var. Ötən gün isə aktiv xəstə sayı 6555-ə bərabər idi.
Bununla yanaşı, koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə aparılan testlərin sayı 700 mini ötüb. Belə ki, iyulun 29-da 9817, indiyədək isə 708 min 632 test aparılıb.
