Azərbaycanda maliyyə hesabatlılığına və bankların maliyyə hesabatlarının auditinə daha çox diqqət yetiriləcək.
E-huquq.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bankların əmanətlərin alınması və kreditlərin verilməsi ilə bağlı qanunsuz fəaliyyətinin qarşısının alınması üçün bankların maliyyə hesabatlarının monitorinqi zəruridir:
““Bizdə Cinayət Məcəlləsində dələduzluq, aldatma, vəzifə səlahiyyətləindən sui-istifadə etmə və saxtakalrlıq üzrə kifayət qədər maddələr var. Bu maddələri bir daha konkretləşdirmək lazımdır. O cümlədən də maliyyə xidmətlərinin istehlakçılarına yalan məlumat vermək, onları aldatmaq hallarına qarşı daha konkret cəzalar və müddəalar daxil edilməlidir. Biz həm bank ictimaiyyəti , həm də aidiyyəti qurumlarla məsləhətləşmələr aparacağıq. Məsləhətləşmələrdən sonra belə bir təşəbbüslə çıxış etmək fikrimiz var. Əhalinin, biznesin mənafeləri, istənilən maliyyə xidməti istehlakçılarının maliyyə hüquqları tam – qanunvercilik və requlyativ nəzarət çərçivəsində qorunmalıdır. Hesab edirəm ki, Cinayət Məcəlləsinə bu kimi hallarla bağlı daha dəqiq maddələr əlavə olunmalıdır".
