ÜST: Azərbaycanda COVID-19-la mübarizədə ciddi irəliləyişlər əldə olunub


  • 31 İyul 2020 15:34

"Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə etdik".

E-huquq.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Avropa Ofisində Səhiyyə məlumatları üzrə departamentin müdiri David Novillo Ortiz deyib.

Onun sözlərinə görə, ÜST-nin mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlayıb: "Bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib".

David Novillo Ortiz qeyd edib ki, pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır: "Epdemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcəkdir".

Oxşar xəbərlər