Mirzayev&Partners
    AzGranata
    TRY
    USD
    EUR
    RUB
    0,2438
    1,7000
    2,0018
    0,0233
AZ
RU

Azərbaycanda məktəblərin açılması ilə bağlı müzakirələr aparılır

Məktəblərin açılması ilə bağlı məsələ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə müzakirə olunub. Həmçinin, dünyada bu prosesə başlamış ölkələrin təcrübələri öyrənilir, onlarla da müzakirələr aparılır.

E-huquq.az-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, bu bardə qərar qəbul olunan zaman Operativ Qərargah vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, qadağaların götürülməsi ilə bağlı məsələlər çox önəmlidir: "Operativ Qərargahda alınan qərarlar faktlara əsaslanır. Xüsusən də rayonlara gediş-gəlişin yoluxmanı artırması ilə bağlı ciddi faktlar var. Bu yaxınlarda bir nəfərin rayona getməsi və bir çox insanı yoluxdurması da bu faktlardan biridir. Əlbəttə ki, bütün bu qadağalarda məqsəd insanların təhlükəsizliyini təmin etmək, onların sağlamlığını qorumaqdır. İnsaları bir daha bu qaydalara əməl etməyə dəvət edirəm".

CoronaVirus