- 11 İyul 23:19
“Kinoteatrlar və bu qəbildən olan sahələr pandemiyadan ən çox zərər çəkən sahələr sırasındadır”.
E-huquq.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, müraciətlər olarsa həmin sahəyə də yardımların ayrılması məsələsinə baxıla bilər: “İkinci hazırlanan iqtisadi yardım paketlərinə də qeyd olunan təsisatlar tərəfindən müraciət olduğu təqdirdə baxılacaq”.