Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası təsdiqləndi


  • 5 Avqust 22:05

“Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

E-huquq.az-ın məlumatına görə, Baş Nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilib.

Oxşar xəbərlər