Şahmar Mövsümov: “İyulun 26-da koronavirusa yoluxmada müəyyən artım olub”


  • 8 Avqust 11:40

“İyulun 26-da koronavirusa yoluxmada müəyyən artım olub”.

E-huquq.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu, yəqin ki, iyulun 13-də insanların kütləvi şəkildə maska taxmadan və sosial məsafə gözləmədən küçələrə çıxmasının nəticəsi kimi qiymətləndirilə bilər.

“Həmin müddətdən keçən 12 gün ərzində qrafikdə kiçik bir artım göz qabağındadır. Nəyə görə artım davam etməyib? Çünki biz karantin rejimində idik. Karantin rejimi həmin artımın qarşısını alıb. Yenidən aşağı enmə bərpa olunub. Biz buradan 2 mühüm nəticə çıxara bilərik. Birinci, maska taxılmayan, məsafə gözlənilməyən böyük kütləvi yığıncaqlar yoluxmanı kəskin artırır. Əvvəl də elan etmişdik ki, belə bir risk var və bu risk artıq reallaşıb. İkinci nəticə isə odur ki, karantin həqiqətən işləyir və onun nəticəsidir ki, yoluxma sayı kəskin sürətdə davam etməyib”, - deyə Prezidentin köməkçisi qeyd edib.

Oxşar xəbərlər