Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində bu gündən etibarən fəaliyyətinə icazə verilən sahələrin siyahısı genişləndirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qərara əsasən, sərt karantin rejiminin tətbiq edildiyi rayonlarda aşağıdakı sahələrin fəaliyyətinə icazə verilir:
– Açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi;
– Qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektələrinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin (iri ticarət mərkəzləri istisna olmaqla) fəaliyyəti;
– maşın və avadanlıqların istehsalı;
– elektrik avadanlıqlarının istehsalı;
– kompüter, elektron və optik məhsulların istehsalı;
– avtomobil, qoşqu və yarımqoşquların istehsalı;
– sair nəqliyyat vasitələrinin istehsalı;
– poliqrafiya məhsullarının istehsalı;
– zərgərlik məmulatlarının istehsalı;
– musiqi alətləri, idman mallarının istehsalı;
– geyim istehsalı;
– toxuculuq sənayesi;
– ayaqqabıların istehsalı;
– dəri və dəri məmulatlarının istehsalı;
– tütün məmulatlarının istehsalı;
– sair sənaye məhsullarının istehsalı.
