Məzmuna keç

Hikmət Hacıyev: “Yoluxmada müşahidə olunan azalma bizi sevindirir, bu tendensiyanı saxlamalıyıq”

“Son günlərdə koronavirusa yoluxmada müşahidə olunan azalma bizi sevindirir”.

E-huquq.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, ancaq qaydalara riayət etməliyik: “Elə etməliyik ki, müsbət tendensiyanı saxlayaq. Hər bir vətəndaşımıza dərin təşəkkürümüzü bildiririk”.