“Həftəsonlarında ictimai nəqliyyatın fəaliyyətini dayandırması hələ də qüvvədədir”.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O xatırladıb ki, gələn həftədən ictimai iaşə, kafe və restorlanların fəaliyyəti bərpa edilir:
“Bundan sonra isə həftəsonu ictimai nəqliyyatın hərəkətinin növbəti həftələrdə bərpa olunması məsələsi müzakirə olunacaq”.
