Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanı Müstəqillik Günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yer alıb.
“Əfqanıstanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi çatdırırıq. Belə əlamətdar gündə qardaş Əfqanıstan xalqına əbədi firavanlıq və sülh diləyirik”, – təbrikdə qeyd olunub.
