Vüqar Şahbazlı vəkil və hüquqşünaslara müraciət etdi


  • 20 Avqust 2020 15:26

ABŞ-dakı Millennial Siyasi Mərkəzin Təsisçi üzvü Vüqar Şahbazlı vəkil və hüquqşünaslara müraciət edib.

E-huquq.az xəbər verir ki, müraciətdə deyilir:

“Azərbaycanlı 1 milyondan çoxməcburi̇ köçkün erməni̇ daşnakların zorakılığına qarşıABŞ Konqresi̇nə və Ameri̇ka Federal Məhkəmələri̇nə müraci̇ət edə bilər. Bu məhkəmə işi ABŞ Ali məhkəməsində də müzakirə oluna bilər.

Amerika tarixində ABŞ-erməniləri və lobbisi belə məğlub durumda olmamışdılar! Bu ilk növbədə bütün Azərbaycanlıların əsasəndə Amerika Azərbaycanlılarının diasporanın böyük uğurudu.Yaşadıqları ştat üzrə Amerika azərbaycanlılarının vəamerikalı dostlarımızın öz adlarından Azərbaycanın haqq səsini və Amerikanın geosiyasi maraqlarını əks etdirən mükəmməl məktubların və siyasi mərkəzimizin ABŞ-Azərbaycan əlaqələri haqqında hazırladığı policy paper-siyasi analizləin konqresmen və senatorlaragöndərilməsi və birbaşa onların ofislərinə olan zənglər öz faydasını verdi! Artıq erməni diasporunun və lobbisinin Amerikadakı gücü haqda mif dağılıb. Erməni diasporu yaşadıqları ölkənin qanunları çərçivəsində mübarizə aparan Azərbaycan diasporuna uduzur. Ermənipərəst Konqresmənlərin irəli sürdüyü üç düzəliş #66 və #330 nömrəli Azərbaycan Respublikasına 2021-ci il ABŞ büdcəsindən ayrılması nəzərdə tutulan hərbi (sərhədlərin qorunması) maliyyə yardımın dayandırılmasını tələb edirdi və #50 nömrəli düzəliş isə Ermənistan Respublikasına əlavə 20.000.000 (iyirmi milyon) ABŞ dolları yardım ayrılmasını tələb edirdi. Bu düzəlişlərin heç biri ermənilərin daha çox bel bağladığı demokratların say çoxluğu olan Konqresin aşağı Nümayəndələr Palatasından keçmədi!

Amma bununla kifayətlənmək olmaz !

Biz, təkcə Amerikada deyil dünyadakı erməni lobbisinin vuran əli, Los Ancelesdəki hadisələr zamanıhəmvətənlərimizə qarşı hücum və təğribatları planlayan, erməni terror təşkilatı Asala ilə birbaşa əlaqələri olan, Qarabağ müharibəsi zamanı erməni militan və terroristlərinə ən böyük yardımları göstərən,907-ci düzəliş kimi qanun lahiyələrinin Amerika Konqresindən keçməyində bilavəsitə əməyi olan, Rusiyanın hərbi hissəsinin yerləşdiyi Ermənistana hər il ABŞ büdcəsindən pul qoparmağa çalışan, konqresmen və senatorlara böyük təsir gücü olan -Armenian National Commitee Of America-Amerikanın Erməni Milli Komitəsinin bağlanması iddiası ilə ABŞ-ın federal məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək nail olmalıyıq!

Məhkəmədə İddiaçılar kim olacaq sualını verə bilərsiz?

1. ABŞ-ın “Ali̇en Tort Statue” qanunu bütün məcburi̇ köçkünləri̇mi̇zi̇n ABŞ federal məhkəmələri̇nə i̇ddi̇açı olaraq müraci̇ət etməi̇mkanı veri̇r!

2. İddiaçılar Konqresi̇n nümayəndələr palatasının 296-cı düzəli̇şi̇ndə hesabatını tələb etdi̇yi̇, 1991-ci̇ i̇ldən bəri̇ Erməni̇stanin i̇şğal si̇yasəti̇ nəti̇cəsi̇ndə öz torpaqlarindan di̇dərgi̇n düşmüş işgəncələrə məruz qalmış 1 milyon nəfərdən çox olan məcburi̇ köçkünləri̇mi̇z və i̇şğal zamani öldürülmüş soydaşlarımızın ai̇lə üzvləri̇ və cavabdeh olaraqi̇sə Qarabağ mühari̇bəsi̇ zamanı məcburi̇ köçkünləri̇mi̇zi̇n yaşadığı torpaqlarin işğal edi̇lməsi̇ndə erməni̇ mi̇li̇tan və terrori̇stlərə hər cür mali̇yyə yardiımı edən mərkəzi̇ ofi̇si̇ Washingtonşəhəri Di̇stri̇ct of Columbi̇a da yerləşən Ameri̇kadaki̇ Erməni̇ Mi̇lli̇ Komi̇təsi̇ təşki̇latı vəErməni̇stan dövləti̇ qoyula bi̇lər!

Qeyd: İddi̇açi qi̇smi̇ndə i̇şti̇rak edəcək şəxsləri̇n arasında Ameri̇kada yaşayan hətta vətəndaş olanlarda var! Bu i̇ddi̇a tələbi̇ni̇n Ameri̇kani̇n Federal Məhkəmələri̇ndə qaldırılması üçün ən əsas Ameri̇kada fəali̇yyət göstərən mənfur düşmənləri̇mi̇z erməni̇ləri̇n dünyada ən güclü lobbi̇ təşki̇lati olan ANCA-nın Qarabağ mühari̇bəsi̇ndə erməni̇ terrori̇st və mi̇li̇tanlara verdi̇yi̇ hər cür mali̇yyə dəstəyi̇ni̇ sübut etməkdi̇r ki̇, bu da mümkündür!

İddi̇a əri̇zəsi̇ndə tələb olaraq ANCA-nın fəali̇yyəti̇ni̇n dayandırılması, Ameri̇kadakı bütün mali̇yyəresurslarının bloklanması və məcburi̇ köçkünlərə ANCA və Erməni̇stan dövləti̇ tərəfi̇ndən maddi̇-mənəvi̇ təzmi̇natın ödəni̇lməsi̇ və hətta ABŞ dövlətindən məcburi köçkünlərin öz torpaqlarına geri qayıtmasına dəstək verməsi və bu məsələdə işğalçı Ermənistana sanksiyalarin qoyulması tələb kimi irəli sürülə bi̇lər.

Bu məhkəmə i̇şi̇ni̇ US supreme courta yəni̇ ABŞ Ali̇ Məhkəməsi̇nə qədər gedə bi̇lər!

İlki̇n olaraq məcburi̇ köçkünləri̇mi̇zi̇n i̇ddi̇a əri̇zəsi̇ ANCA-nın mərkəzi̇ ofi̇si̇ni̇n yerləşdi̇yi̇ ünvana müvafi̇q olaraq Superi̇or Court Di̇stri̇ct of Columbi̇a (keçmiş adı) District Court of the United States for the District of Columbia- ABŞ-ın Kolumbiya əyaləti üzrə əyalət məhkəməsinə göndərilməlidir!

Federal məhkəməyə müraci̇ət edəcək 1 milyon azərbaycanli məcbüri̇ köçkünün müvafi̇q i̇ddi̇a əri̇zələrinin bi̇r nüsxəsi̇ni̇n ABŞ-iın 435 konqresmen və 100 senatoruna göndərməyi̇mi̇z onlara Azərbaycani̇n, məcbüri̇ köçkünləri̇mi̇zi̇n haqq səsi̇ni̇ eşi̇tdi̇rəcək.

Amerika Birləşmiş Ştatlar qanunvericiliyində “Alien tort statue”-"Əcnəbilərə qarşı haqqsızlıq iddiaları aktı" adlanan "Xarici vətəndaşlara qarşı haqsızlıq nizamnaməsi" federal məhkəmələrə beynəlxalq hüquqlara zidd hərəkətlər zamanı və işgəncələrə məruz qalmış əcnəbi vətəndaşlar tərəfindən təqdim olunan məhkəmə işlərinə baxmaq səlahiyyəti verir.

“The district courts shall have original jurisdiction of any civil action by an alien for a tort only, committed in violation of the law of nations or a treaty of the United States.”

ABŞ-ın hələ də qüvvədə olan bu qanunu ən qədim 1789 ci il federal qanunlarından olmasına baxmayaraq, qüvvəyə mindikdən sonra təxminən 2 əsr müddətində nadir hallarda istifadə olunub və onun dəqiq məqsədi və əhatə dairəsi mübahisəli hal olaraq qalır. ABŞ Ali Məhkəməsinə görə aktın başlıca məqsədi əcnəbi millətlərin Birləşmiş Ştatları cavabdeh tutduğu həll üsulunun olmadığı beynəxalq hüquq pozuntularının olduğu vəziyyətlərdə əcnəbi şikayətçilərin qanun çərçivəsində həll üsulu ilə təmin ediməsi vasitəsilə beynəlxalq əlaqələrdə harmoninyanın təşkili idi. 1980-ci ildən bəri məhkəmələr bu aktı ümumilikdə ABŞ-dan kənarda insan hüquqlarına qarşı törədilən hərəkətlərə görə xarici millətlərə ABŞ məhkəmələrində qanun çərçivəsində həll üsulunu axtarmalarına icazə verən qanun kimi şərh edirlər. Bu qanunun əsas incəliyi ABŞ-la birbaşa bağlı olan fiziki və hüquqi şəxslərinxaricdə törədilmiş insanlıq əleyhinə olan işgəncə cinayətlərində əlaqələrinin olduğu haqqında sübütların olmasıdır. Bu zaman işgəncəyə məruz qalmış həmin xarici vətəndaşlar ABŞ-da fəaliyyət göstərən şəxsləri məhkəməyə vermək hüququ verir. Əlbəttə ki bu “Alien Tort Statue” daha mükəmməl bizim vəkil və hüquqşunaslar tərəfindən daha mükəmməl araşdırılmalıdır.

Çıraqov və di̇gərləri̇ Erməni̇stana qarşı i̇ddi̇asi̇ üzrəAvropa İnsan Haqqları Məhkəməsi̇ni̇n qərarı, bununla yanaşı məhkəmə i̇ddi̇asi̇nda Çıraqov və di̇gərləri̇ Erməni̇stana qarş i̇ddi̇asi̇ üzrə Avropa İnsan Haqqlari̇ məhkəməsi̇ni̇n qərarını presedent ki̇mi̇ i̇sti̇fadə edə bi̇ləri̇k! Həmin qərara əsasən Çiraqov və digərləri Ermənistana qarşı (ing. Chiragov and Others v. Armenia) — Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci, 13-cü və 14-cü maddələrinin və Konvensiyaya dair 1saylı Protokolun 1-ci maddəsinin pozuntusu haqqında Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 16 iyun 2015-ci il tarixdə qəbul edilmiş qərar.

Məhkəmənin 2011-ci il 14 dekabr tarixli qərarı ilə ərizəçilərin şikayətləri qəbul edilən elan edilmişdir. Azərbaycan Hökuməti işdə üçüncü tərəf qismində çıxış etmişdir.

ABŞ Konqresi Nümayəndələr Palatasinin 296-ci düzəlişi, ABŞ tarixi boyunca Konqresdə ermənilərə qarşı ən sərt qanun layihəsi müzakirə olunur. Artıq ABŞ Konqresində ilk dəfə olaraq Azərbaycanın torpaqlarının işğal altında olmasını təsdiqləyən 296-ci düzəliş səsvermə ilə təsdiqləndi! Bu düzəliş bir növ təsəvvür edin ki, bir məhkəmə qərardadıdır! ABŞ-ın dövlət departamenti və müdafiə departamenti-Pentaqondan tələb olunur ki, Konqresin müvafiq Komitələrinə Ukrayna, Gürcüstan, Moldova və Azərbaycandakı məcburi köçkünlərin statusu ilə bağlı məruzə təqdim etməlilidirlər. Məruzədə bu səciyyələndirmələr yer almalıdır: 1. Xarici qüvvələr tərəfindən bu ölkələrin işğal olunmuş ərazilərindən 1991-ci ildən bəri zorla çıxarılmış Ukrayna, Gürcüstan, Moldova və Azərbaycan vətəndaşlarının sayı.

3. Xarici ölkələrin qoşunlarının işğal əməliyyatları zamanı qətlə yetirilmiş Ukrayna, Moldova, Gürcüstan və Azərbaycan vətəndaşlarının sayı. Azərbaycanda bununla bağlı xüsusui̇ ekspert i̇şçi̇ qrupu yaradılmalıdır! Təkcə məcburi̇ köçkünləri̇n və i̇şğal zamanı öldürülənləri̇n sayıdeyi̇l, onlara dəyən maddi̇-mənəvi zi̇yanın ekspert rəyləri̇ hazırlanmali̇di̇r! Bi̇z bu dəqi̇q hesabatları beynəlxalq hüquq di̇li̇ndə hazırlayıb xüsusi̇ i̇şçi̇ qrupun adından 296-ci düzəlişdə qeyd olunan Konqresi̇n müvafi̇q komi̇tələri̇nə, bütün konqresmen və senatorlara fərdi̇ şəki̇ldə təqdi̇m etməli̇yi̇k!

Bunun nəticəsi odur ki, faktiki olaraq Ukrayna, Azərbaycan, Moldova və Azərbaycan ərazilərinin bir qisminin "xarici qüvvə"lər tərəfindən işğalını təsdiqləməklə yanaşı, bu işğal zamanı yurd-yuvalarını tərk etmək məcburiyyətində qalmış insanları "məcbüri köçkün" statusu ilə yanaşı, işğal qurbanları statusun da tanıyır. Bir qədər də sadə yazsam, amendmentin tələbləri hesabatlar Konqresə təqdim olunduqdan sonra qanun layihəsi indiki redaksiyada qəbul olunarsa, ABŞ Ermənistanı Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş dövlətlə yanaşı, Azərbaycan vətəndaşlarını işğal zamanı amansızlıqla qətlə yetirmiş ölkə kimi tanımalıdır.

Gələcəkdə bu 296-ci düzəli̇ş Ameri̇ka dövlət büdcəsi̇ndən Erməni̇stana və qondarma respubli̇kaya ayrılan vəsai̇ti̇ tam dayandırmağa,əksi̇nə azərbaycanlı məcbüri̇ köçkünlərəyardımların ayrılmasını artıracaq!

Hörmətli Cənab Prezident İlham Əliyevə və bütün dövlət orqanları Azərbaycan Respublikasının Milli Məclisi,Ədli̇yyə Nazi̇rli̇yi̇, Müdafiə Nazirliyi,Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Ali̇ Məhkəmə, Baş Prokurorluq , Dağlıq Qarabağın Azərbaycanlı İcması,Vəki̇llər Kollegi̇yasi̇ və Baki̇ Dövlət Uni̇versi̇teti̇ Hüquq fakültəsi̇nə müraciət hazırlayıram.Amerikadakı ermeni lobbi təşkilatlarının dəstək verdiyi erməni daşnaklarınməcburi köçkünlərə qarşı törətdikləri işgəncə və terroristik aktlarla bağlı faktlar toplanmalı və buməsələ i̇lə bağlı Azərbaycanlı və Amerikalı vəki̇lvə hüquqşünaslardan, ekspertlərdən i̇barət i̇şçi̇ qrup yaradılmalıdır. Amerikanın Federal Məhkəməsi̇ndə1 milyona yaxın məcburi̇ köçkünümüz və 30,000 nəfərə yaxin i̇şğal zamani̇ öldürülmüş və şəhid olmuş soydaşlarımızın ai̇lə üzvləri̇ adından erməni̇ daşnakları və lobbi təşkilatına qarşı fərdi iddia ərizələri ilə toplu şəkildə məhkəmə işinin qaldırılmasına və bu işin ABŞ Ali məhkəməsində də müzakirə olmasına nail olmalıyıq.

Erməni daşnakları tərəfindən işgəncələrə məruz qalmiş məcburi köçkünlərimizin haqq səsini bütün Konqresmen və Senatorlara çatdırılmalıyıq. Bunun üçün birinci instansiya Amerikanın Federal Məhkəməsinə hazırlayacağımız hər bir məcburi köçkünün adından olan iddia ərizəsi hər bir Konqresmen və Senatora fərdi şəkildə ofisinə məktub şəklində göndərilməlidir. . Erməni lobbisinin dəstəyi ilə erməni daşnakların Azərbaycanlı məcburi köçkünlərə qarşi törətdiyi işgəncələr və zülümlər barəsində ABŞ Ali məhkəməsinin 9 hakimi , 435 konqresmen,100 senator tam şəkildə məlumatlı olmalıdır. Özünüz təsəvvür edin ki, professional hüquqşünasların yardımı ilə 1 milyon məcbüri köçkünün adından fərdi şəkildə tərtib olunmuş minlərlə səhifəlik iddia ərizələri Hakim ,Senator və Konqresmenlərin ofisinə göndərilir və onların haqq səslərinə dəstək olmağa çağırış edilir. Əsas məqsəd erməni lobbisinin təsiri altinda olan bəzi Konqresmənlərin təklifi ilə Ermənistana və qondarma respublikaya Amerikan vətəndaşların vergiləri hesabına formlaşan ABŞ büdcəsindən hər il ayrilması nəzərdə tutulan maliyyə vəsaitinin digər Konqresmenlər tərəfindən bloklanmağıdır.

Rusiyanın hərbi hissəsinin yerləşdiyi Ermənistanın son günlər Azərbaycan sərhədində törətdiyi təxribatlar Amerikanın geosiyasi maraqlarına tam ziddir.Ermənistanın hərbi birləşmələrininAmerikan şirkətləri “Exxon” və “Chevron”şirkətlərinin ortaq olduğu Bakı-Tiblisi-Ceyhan neft boru xəttinin və ABŞ-ın dəstəklədiyi Cənub qaz dəhlizi qaz boru xəttinin keçdiyi Tovuz rayonu istiqamətində Azərbaycana qarşı törətdiyi təxribatlar nəticəsində sivil vətəndaşlarımız və bu təxribatların qarşısını alan qəhrəman hərbiçilərimiz şəhid olub".

Oxşar xəbərlər