Məzmuna keç

Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası təsdiqləndi

Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurasının təsdiq edilməsi haqqında" sərəncam imzalayıb.

E-huquq.az xəbər verir ki, sərəncamla Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Müşahidə Şurası aşağıdakı tərkibdə təsdiq edilib:

Şuranın sədri
Möhsün Nağısoylu – Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik

Şuranın üzvləri:

Aslan Aslanov – Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri
Bəxtiyar Sadıqov – “Azərbaycan” qəzetinin baş redaktoru
Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik
Mahirə Hüseynova – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.