Məzmuna keç

TƏBİB: Bəzi tibb işçilərinə istirahət verilib

“Pandemiya fövqəladə bir vəziyyət hesab olunur. Heç bir ölkənin səhiyyə sistemi bu vəziyyətə hazır olmayıb. Ona görə də bütün həkim heyəti virusla mübarizəyə cəlb olunur”.

E-huquq.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Biz payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq. Bəzi tibb işçilərinə istirahət verilib ki, qarşıdan gələn mövsümə hazırlıqlı olsunlar”, – o bildirib.