“Audiokitab” yeni texnologiyalar vasitəsilə insanların klassik və müasir Azərbaycan və dünya yazıçıları və onların əsərləri haqqında məlumatlandırılması, mütailə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütailə mədəniyyətinin inkişaf etdirilməsinə dair fəaliyyət göstərən sosial layihədir.
E-huquq.az-ın məlumatına görə, layihənin əsas məqsədlərindən biri milli ədəbiyyat nümunələrimizin, tariximizin ölkəmizdə və xaricdə yaşayan həmvətənlərimizə azərbaycan dilində çatdırılması və mədəniyyətimizin təbliğ edilməsidir.
Layihədə klassik və müasir Dünya və Azərbaycan ədəbiyyat nümunələri, dərs vəsaitləri, elmi kitablar və müzahirələr, Azərbaycan nağılları, şifahi xalq ədəbiyyatı və xartici ədəbiyyat nümunələri öz əksini tapıb.
Hazırlanmış audiokitablardan isitifadəçilərə “android” və “ios” əməliyyat sistemləri üçün hazırlanmış “Audiokitab” mobil tətbiqi vasitəsilə istifadə imkanı yaradılıb. Mobil tətbiqlərin əsas üstünlüklərindən biri yüklənmiş kitablara internet şəbəkəsi olmadan qulaq asmaq imkanıdır.
