Məzmuna keç

Prezidentin İqtisadi Şuranın qarşısında qoyduğu vəzifələr –

Bu gün İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə şuranın ilk iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Əli Əsədov bildirib ki, Milli iqtisadi inkişaf qarşısında duran strateji çağırışlara adekvat cavabın verilməsini təmin etmək məqsədilə cənab Prezident qarşımızda yeni vəzifələr qoyub.

Bunlar aşağıdakılardır:

• makroiqtisadi və maliyyə sabitliyinin qorunması;
• iqtisadiyyatın illik artım tempinin yüksəldilməsi üçün yeni mexanizmlərinin formalaşdırılması;
• daha dayanıqlı və inklüziv iqtisadi artım mənbələrinin yaradılması;
• xüsusilə özəl investisiyaların, o cümlədən birbaşa xarici investisiyaların cəlb olunması;
• qeyri-neft ixracının genişləndirilməsinə əsaslanan milli inkişaf prioritetlərinin müəyyən edilməsi;
• investisiya mühitinin radikal yaxşılaşdırılması;
• ölkə iqtisadiyyatının beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi;
• sosial-iqtisadi rifah səviyyəsinin yüksəldilməsi və digər strateji vəzifələrdən ibarətdir.